Estoniya Prezidenti ikinci müddətə namizədliyini verməyəcəyini açıqlayıb

2021-ci ilin oktyabrından dövlət başçısı vəzifəsini icra edən Estoniya Prezidenti Alar Karis böyük ehtimalla ikinci müddətə namizədliyini irəli sürməyəcəyini bəyan edib.
Operativ Media xəbər verir ki, o, bu haqda dövlət kanalı olan ERR-ə müsahibəsində bildirib.
“Məni namizəd olmağa inandırmaq üçün kiçik bir möcüzə lazımdır”, – deyə o, qeyd edib.
Bununla belə, hazırkı prezident müstəsna halların yarana biləcəyini də istisna etməyib.
Karis, həmçinin təkrar seçkilərdə qeyri-müəyyənliyin qarşısını almaq məqsədilə iki beşillik müddət əvəzinə yeddi illik vahid prezidentlik müddətinin tətbiqi ideyasını nəzərdən keçirməyi təklif edib. O, əlavə edib ki, dövlət başçısının birbaşa xalq tərəfindən seçilməsinə üstünlük verərdi, lakin bu məsələdə siyasi konsensus mövcud deyil.
Estoniyada növbəti prezident seçkiləri 2026-cı ilin yayın sonu və ya payızın əvvəlində keçiriləcək. Baltikyanı respublikanın konstitusiyasına əsasən, ölkə prezidenti Riiqikogu (parlament) üzvləri tərəfindən 5 il müddətinə seçilir və ardıcıl iki müddətdən artıq seçilə bilməz.