ABŞ Senatı Trampın Venesuelaya zərbə endirməsinə mane ola biləcək qətnaməni bloklayıb
Şəfa Hüseynli
ABŞ Prezidenti Donald Tramp Konqresin icazəsi olmadan Venesuelaya hücumunun qarşısını alacaq qətnaməni bloklayıb.
Operativ Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Tramp administrasiyası bildirir ki, sentyabrın əvvəlindən ABŞ qüvvələri Sakit okeanda və Karib dənizinin cənubunda narkokuryerlik edən gəmilərə ən azı 16 zərbə endirib və nəticədə 65-dən çox adam ölüb.