Menyu

Rusiyaya qarşı növbəti sanksiyalar müzakirəyə çıxarılıb

Şəfa Hüseynli
Rusiyaya qarşı növbəti sanksiyalar müzakirəyə çıxarılıb

Avropa İttifaqı Rusiya və Belarusiyaya qarşı 20-ci sanksiya paketinin hazırlanması ilə bağlı müzakirələrə başlayıb.

Operativ Media  xəbər verir ki, bu barədə Litva Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məsələ Litvanın maliyyə naziri Kriştupas Vaytekunas və Avropa Komissiyasının maliyyə xidmətləri üzrə komissarı Mariya Luis Albuqerke arasında keçirilən görüşdə müzakirə olunub.

Nazir qeyd edib ki, oktyabrın sonunda təsdiqlənmiş 19-cu sanksiya paketi mühüm addım olsa da, təzyiqin artırılması üçün növbəti mərhələyə keçmək lazımdır. Onun sözlərinə görə, Aİ ölkələri yeni məhdudiyyətlərin həcmi və istiqamətləri ilə bağlı ciddi müzakirələr aparır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər