Menyu

"C5+1" ölkələri birgə fəaliyyət proqramı hazırlayıblar

Operativ Media
"C5+1" ölkələri birgə fəaliyyət proqramı hazırlayıblar

Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və ABŞ-ni birləşdirən "C5+1" diplomatik platforması iqtisadi əməkdaşlığın inkişafı və tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi ilə bağlı birgə fəaliyyət proqramı hazırlayıblar.

Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, sözügedən ölkələr ticarət, texnologiya və investisiya, logistika və enerji sahələrində birgə fəaliyyətlərini davam etdirəcəklər.

Birgə bəyanatda qeyd olunur ki, regionun dayanıqlı iqtisadiyyatı onların suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün mühüm dayağıdır. Yeni formatda regional ticarət-iqtisadi əlaqələrin inkişafı üçün nəzərdə tutulmuş tərəfdaşlığın biznes ölçüsünə xüsusi diqqət yetiriləcək.

Əlaqəli Xəbərlər