Menyu

ABŞ Suriya prezidentini terrorçular siyahısından çıxarıb

Şəfa Hüseynli
ABŞ Suriya prezidentini terrorçular siyahısından çıxarıb

Vaşinqton Suriyanın müvəqqəti Prezidenti Əhməd əl-Şaraanı və ölkənin daxili işlər naziri Ənəs Həsən Xəttabla birlikdə terrorçular siyahısından çıxarıb.

Operativ Media xəbər verir ki, bu barədə "DW" məlumat yayıb.

Birləşmiş Ştatların hazırladığı qətnamə layihəsinin BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilməsi “Suriyanın yeni fəslə keçidini təsdiqləyən güclü siyasi siqnal göndərdi”- bəyanatda deyilir.

Dövlət Departamentinin bəyanatında deyilir: “Prezident əl-Şaraa başçılıq etdiyi Suriyanın yeni hökuməti itkin düşən amerikalıların axtarışı, terrorizm və narkotiklərlə mübarizə, kimyəvi silah qalıqlarının məhv edilməsi, regional təhlükəsizlik və sabitliyin, habelə Suriyanın başçılıq etdiyi və Suriyaya məxsus olan inklüziv siyasi prosesin təşviq edilməsi üzrə öhdəliklərini yerinə yetirmək üçün hər cür səy göstərir”.

Əlaqəli Xəbərlər