Menyu

Moldova Suriyanın müvəqqəti prezidentini terrorçular siyahısına əlavə edib

Şəfa Hüseynli
Moldova Suriyanın müvəqqəti prezidentini terrorçular siyahısına əlavə edib

 Moldovanın İnformasiya və Təhlükəsizlik Xidməti (İSS) Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraanı terrorçular siyahısına əlavə edib.

Operativ Media xəbər verir ki, bu barədə  BKS-nin direktoru Alexander Musteats-ın müvafiq fərmanı Rəsmi Qəzetdə dərc edilib.

Bildirilib ki, Əl-Şaraa “kütləvi qırğın silahlarının yayılması ilə bağlı terror fəaliyyətlərində iştirak edən şəxslər, qruplar və qurumların siyahısı”na daxil edilib.

Qeyd edək ki, Əl-Şaraanın noyabrın 10-da ABŞ prezidenti Donald Tramp tərəfindən Ağ Evdə qəbul edilməsi planlaşdırılır.

Əlaqəli Xəbərlər