Menyu

Keniya prezidenti Zelenskidən Ukraynada əsirlikdə olan keniyalıları azad etməyi xahiş edib

Şəfa Hüseynli
Keniya prezidenti Zelenskidən Ukraynada əsirlikdə olan keniyalıları azad etməyi xahiş edib

Keniya Prezidenti Uilyam Ruto ukraynalı həmkarı Vladimir Zelenskidən döyüş bölgəsində əsir götürülən keniyalıları azad etməyi xahiş edib.

Operativ Media xəbər verir ki, o bu barədə "X" hesabında yazıb.

Ruto bildirib ki, Ukraynadakı döyüşlərdə iştirak etmək üçün gənc keniyalıların qanunsuz cəlb edilməsindən narahatdır.

“Mən Prezident Zelenskidən hazırda Ukraynada saxlanılan  keniyalının azad edilməsinə köməklik göstərməsini xahiş etmişəm ”, - Ruto deyib.

Əlaqəli Xəbərlər