Menyu

İsrail Türkiyə ordusunun Qəzzada sabitləşmə səylərində iştirak etməyəcəyini açıqlayıb

Operativ Media
İsrail Türkiyə ordusunun Qəzzada sabitləşmə səylərində iştirak etməyəcəyini açıqlayıb

İsrail Qəzza zolağında yaradılan beynəlxalq sabitləşdirmə qüvvələrində türk hərbçilərinin iştirakına qarşı çıxır.

Operativ Media xəbər verir ki, bu barədə İsrail hökumətinin sözçüsü Şoş Bedrosyan brifinqdə bildirib.

O qeyd edib: “Beynəlxalq sabitləşdirmə qüvvələrində nə indi, nə keçmişdə, nə də gələcəkdə türk hərbçiləri olmayacaq”.

Xatırladaq ki, sentyabrın 29-da Ağ Ev ABŞ prezidenti Donald Trampın Qəzzadakı münaqişənin həlli ilə bağlı “hərtərəfli planını” təqdim edib. Sənəd 20 bənddən ibarətdir və digər məsələlərlə yanaşı, anklavda müvəqqəti xarici idarəetmənin yaradılmasını, həmçinin beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsini nəzərdə tutur.

Oktyabrın 9-da münaqişə tərəfləri Amerika liderinin sülh planının birinci mərhələsinin icrasına dair saziş imzalayıblar. Oktyabrın 10-da isə Qəzzada atəşkəs razılaşması qüvvəyə minib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər