Donald Tramp amerikalıların hər birinə 2 min dollar ödəyəcəyinə söz verib
Operativ Media
ABŞ prezidenti Donald Tramp amerikalılara 2 min dollar ödəyəcəyinə söz verib.
Operativ Media xəbər verir ki, bu barədə o, “Truth Social” platformasında yazıb.
Tarif planları ilə bağlı verdiyi çoxsaylı açıqlamaların bir hissəsi olaraq prezident bildirib ki, yüksək gəlirlilər istisna olmaqla, hər kəsə adambaşına ən azı 2000 dollar məbləğində dividend ödəniləcək.
Ödənişin nə vaxt veriləcəyi və kimin yüksək gəlirli hesab olunacağı hələlik məlum deyil. Prezident ödənişlə bağlı əlavə təfərrüatlar açıqlamayıb.
Bundan əvvəl Tramp bəyan etmişdi ki, rüsumlara qarşı çıxan insanlar “axmaq”dır.