Menyu

KİV: Vaşinqtonda “şatdaun”un bitməsi üçün kompromis əldə olundu

Operativ Media
KİV: Vaşinqtonda “şatdaun”un bitməsi üçün kompromis əldə olundu

ABŞ Konqresinin Senatında respublikaçılar və demokratlar federal hökumətin hazırda qismən dayandırılmış fəaliyyətinin (şatdaun) bərpasını nəzərdə tutan qanun layihəsi üzrə razılığa gəliblər və səsvermə yaxın saatlarda keçiriləcək.

Operativ Media  xəbər verir ki, bu barədə ABŞ-nin "Politico" qəzeti məlumat yayıb.

Qəzetin mənbələrinin bildirdiyinə görə, hər iki partiyanın qanunvericiləri federal hökumətin fəaliyyətinin maliyyələşdirilməsinin 30 yanvar 2026-cı ilədək uzadılmasını dəstəkləməyə hazırdırlar. Bundan əlavə, sənədə əsasən, 2026-cı maliyyə ili üçün Kənd Təsərrüfatı Nazirliyinin, Veteranlarla İş Departamentinin və ABŞ-nin hərbi məqsədli tikinti proqramlarının icrasına vəsait ayrılacaq.

Məqalədə qeyd olunub ki, senatorlar hökumətin maliyyələşdirilməsinin bərpası ilə bağlı daha əvvəl Nümayəndələr Palatası tərəfindən təsdiqlənmiş qanun layihəsini əsas götürməyə razıdırlar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər