Menyu

Pakistan və Əfqanıstan arasında İstanbulda baş tutan danışıqlar nəticəsiz qalıb

Operativ Media
Pakistan və Əfqanıstan arasında İstanbulda baş tutan danışıqlar nəticəsiz qalıb

İstanbulda Pakistanla aparılan danışıqlar nəticəsiz qalıb.

Operativ Media xəbər verir ki, bunu Əfqanıstanın xarici işlər nazirinin müavini Məhəmməd Naim bildirib.

Qeyd edək ki, noyabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan və Əfqanıstan arasında gərginliyin azaldılması məqsədi daşıyan Türkiyə sülh təşəbbüsünü elan edib.

Ərdoğan münasibətlərin normallaşdırılması yollarını müzakirə etmək üçün Xarici İşlər və Müdafiə nazirliklərinin, həmçinin kəşfiyyat qurumlarının rəhbərlərini İslamabada göndərməyi planlaşdırdıqlarını bildirib.

O, Qətərdə başlayan və Türkiyənin vasitəçiliyi ilə İstanbulda davam etdirilən sülh danışıqlarının “müsbət nəticə verəcəyinə” ümidini itirmədiyini də vurğulayıb.

 

Əlaqəli Xəbərlər