Menyu

FT: Britaniya Çinlə elm və texnologiya sahəsində əməkdaşlığı dayandırır

Operativ Media
FT: Britaniya Çinlə elm və texnologiya sahəsində əməkdaşlığı dayandırır

Britaniya hökuməti təhlükəsizliklə əlaqədar olaraq Çinlə elmi və texnoloji əməkdaşlığı azaldır.

Operativ Media xəbər verir ki, bu barədə Financial Times (FT) Böyük Britaniyanın elm, innovasiya və texnologiyalar üzrə dövlət naziri Patrik Vallansın Pekinə səfərindən sonra məlumat yayıb.

Bildirilir ki, London Çinlə yalnız səhiyyə, iqlim, planetar elm və kənd təsərrüfatını əhatə edən elmi sahələrdə əməkdaşlığa hazırdır. FT yazır ki, iki ölkə arasında elmi əməkdaşlığı tənzimləyən sənədlər dəyişdirilmiş xarakter daşıyır.

2017-ci ildə Böyük Britaniya və Çin peyklər, məsafədən zondlama texnologiyaları və robototexnika kimi sahələrdə əməkdaşlıq barədə razılığa gəliblər. Vallans və Çinin elm və texnologiya nazirinin müavini Çen Ciaçanq tərəfindən imzalanan yenilənmiş müqavilədə artıq bu mövzular yer almır.

“Çinlə münasibətlərimiz artıq 2017-ci ildəki kimi deyil. Biz qəsdən təhlükəsizlik riski yaratmadığına inandığımız sahələri seçmişik”, – Vallans səfərdən sonra bildirib. O, Londonun ABŞ-la məsləhətləşmədən Çinlə seçmə elmi-texniki əməkdaşlığa keçmək qərarını verdiyini də vurğulayıb.

Bundan əlavə, tərəflər birgə investisiya layihələrinə yeni maliyyə vəsaitinin ayrılması ilə bağlı heç bir açıqlama verməyiblər.

Qeyd edək ki, 2014-cü ildə 200 milyon funt sterlinq büdcə ilə Böyük Britaniya–Çin İnnovasiya və Tədqiqat Tərəfdaşlığı Fondu yaradılıb.

Əlaqəli Xəbərlər