Şahbaz Şərif Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Operativ Media
Pakistan Baş naziri Şahbaz Şərif Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
"Gürcüstanda Türkiyəyə məxsus C-130 təyyarəsinin faciəvi qəzası ilə bağlı kədərləndik. Əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana, təyyarədə olanların ailələrinə və türk qardaş və bacılarımıza dərin hüznlə başsağlığı veririk. Bu kədər anında düşüncələrimiz və dualarımız onlarla birlikdədir", - paylaşımda bildirilib.