Litva Belarusa sərhədin bağlanmasının mümkün uzadılması ilə bağlı xəbərdarlıq edib

Litva Belarusa sərhədin bağlanmasının uzadılması ilə bağlı etiraz notası təqdim edib.
Operativ Media xəbər verir ki, bu barədə Litvanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirliyə çağırılan Belarus səfirliyinin nümayəndəsinə Litvanın hava məkanını dəfələrlə pozması ilə bağlı etiraz notası təqdim edildiyi bildirilib. Nazirlik qeyd edib ki, bu cür hərəkətlər hibrid hücum hesab olunur.
Belarus tərəfindən baş verən sərhəd pozuntularına cavab olaraq Vilnüs oktyabrın 29-da birtərəfli qaydada qonşu ölkə ilə sərhədini bir ay müddətinə bağlayıb.
Xarici İşlər Nazirliyi bildirib ki, Belarus tərəfindən təkrar sərhəd pozuntuları baş verərsə, Litva hökuməti sərhədin bağlanmasını daha uzun müddətə uzatmaq və ya əlavə variantlardan istifadə etmək hüququnu özündə saxlayır.
Sərhədin bağlanması nəticəsində marşrutda hərəkət edən bir neçə min Litvalı yük maşını Belarusda qapalı qalıb. Hazırda orada onların 1000-ə yaxını var.