Menyu

Britaniya ABŞ ilə Karib dənizi ilə bağlı kəşfiyyat məlumatlarını paylaşmağı dayandırıb

Operativ Media
Britaniya ABŞ ilə Karib dənizi ilə bağlı kəşfiyyat məlumatlarını paylaşmağı dayandırıb

Böyük Britaniya Karib dənizində narkotik qaçaqmalçılığında şübhəli bilinən gəmilərin hərəkəti barədə kəşfiyyat məlumatlarını ABŞ-yə verməyi dayandırıb.

Operativ Media  xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bu addım Londonun ABŞ-nin dənizdə gəmilərə zərbə endirməsinə qarışmaq istəməməsi ilə bağlıdır. Çünki Böyük Britaniya bu hücumları qanunsuz hesab edir.

Qeyd olunur ki, Böyük Britaniya uzun illərdir ABŞ Sahil Mühafizəsinin şübhəli gəmiləri saxlaya bilməsi üçün bu cür kəşfiyyat məlumatlarını Vaşinqtonla bölüşüb.

Əlaqəli Xəbərlər