Aİ Komissiyası yeni kəşfiyyat bölməsinin yaradılmasını nəzərdən keçirir

Avropa İttifaqı (Aİ) Komissiyasının sözçülərindən Balazs Ujvari dünyada “çətin geosiyasi və geo-iqtisadi mühit” olduğunu, bu çərçivədə təhlükəsizlik və kəşfiyyat imkanlarını gücləndirmələri lazım olduğunu bildirərək, yeni bir kəşfiyyat vahidi yaratmağı nəzərdən keçirdiklərini açıqlayıb.
Operativ Media xəbər verir ki, Ujvari Brüsseldə keçirilən gündəlik mətbuat konfransında Aİ Komissiyasının nəzərdən keçirdiyi yeni kəşfiyyat bölməsi ilə bağlı açıqlamalar verib.
Yeni bölmənin yaradılması məsələsinin hələ erkən mərhələdə olduğunu, buna görə də çox məlumat paylaşa bilməyəcəyini bildirən Ujvari deyib:
“Çətin bir geosiyasi və geo-iqtisadi mühitdə fəaliyyət göstəririk və AB Komissiyası buna görə təhlükəsizlik və kəşfiyyat imkanlarını necə gücləndirə biləcəyini araşdırır.”
Ujvari qeyd edib ki, Komissiyanın nəzərdən keçirdiyi addımlar arasında Baş Katibliyin tərkibində yeni kəşfiyyat bölməsinin yaradılması da var. O, qurumun mövcud ekspertizaya əsaslanacağını və Aİ səviyyəsində təhlükəsizlik təhsili və koordinasiyasını təmin edən qurumların hazırlığında mühüm rol oynayacağını bildirib.
Sözügedən vahidin Aİ Komissiyasının Təhlükəsizlik İdarəsinin fəaliyyətini “tamamlayıcı” xarakter daşıyacağı düşünülür və qurumun eyni zamanda Aİ Xarici Əlaqələr Xidmətinin (EEAS) təhlükəsizlik üzrə bölmələri ilə sıx əməkdaşlıq edəcəyi qeyd olunur.
Ujvari dünyanın dəyişdiyini və Aİ-nin buna görə təhlükəsizlik və kəşfiyyat imkanlarını gücləndirməli olduğunu vurğulayaraq, yeni vahid ideyasının bu çərçivədə nəzərdən keçirildiyini bildirib.
Aİ Komissiyasının baş sözçüsü Paula Pinho isə yeni kəşfiyyat bölməsinin “çox kiçik” olması planlaşdırıldığını əlavə edib.