Türkiyə HHQ-yə məxsus təyyarənin qəzaya uğradığı ərazi mühafizəyə götürülüb
Operativ Media
Gürcüstanın Sığnaxi bələdiyyəsi ərazisində Azərbaycan sərhədindən 5 kmlik məsafədə Türkiyəyə məxsus C-130 tipli hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğradığı yer tam mühafizəyə götürülüb.
Operativ Media xəbər verir ki, hazırda hadisə yerinə yalnız Gürcüstan Daxili İşlər Nazirliyinin və xilasedici xidmətlərin əməkdaşları buraxılır.
Kənar şəxslərin, o cümlədən jurnalistlərin əraziyə daxil olmasına icazə verilmir.
Qeyd edək ki, Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma