Təcavüzlə bağlı istintaq işi açılan Əşrəf Həkiminin vəkili danışdı
Əziz Əzizli
PSJ-nin ulduzu Əşrəf Hakimi Fransada qadına təcavüz etdiyi üçün istintaqa cəlb edilib. Mərakeşli ulduzun vəkili ittihamlardan sonra açıqlamalar verib.
"Operativ Media" Fransanın dünyaca məşhur “Le Parisien” qəzetinə istinadən xəbər verir ki, Fransa polisinə şikayət edən qadın başına gələnləri danışıb. 23 yaşlı qadın Hakimi ilə ilk dəfə İnstaqram sosial media platformasında tanış olduğunu bildirib.
Gənc qadın Liqa 1-in 25-ci həftəsində zədə səbəbindən Marsel matçında oynaya bilməyən Hakiminin evinə getdiyini iddia edir. Gənc qadının ifadəsinə görə, mərakeşli futbolçu ona təcavüz edib. Prokurorluq 24 yaşlı futbolçu ilə bağlı araşdırmalara başlayıb.
Araşdırmalardan sonra Əşrəf Hakiminin vəkili Fanni Kolin RMC Sport kanalına açıqlama verib. Vəkil Fanny Colin müştərisinə qarşı zorlama ittihamını qəti şəkildə rədd edib və aşağıdakıları qeyd edib:
"Bir neçə saatlıq araşdırmadan sonra qadın şikayətindən imtina edib. İddiaçı tibbi və psixoloji testlərdən keçməkdən və Əşrəf Həkimi ilə üz-üzə gəlməkdən imtina edib. Ədliyyə polisinin əlində olan sənədlər bu işdə Həkiminin şantaj cəhdinin hədəfində olduğunu göstərir".
Teqlər:
"Təcavüzlə bağlı istintaq işi açılan Əşrəf Həkiminin vəkili danışdı"