Almaniya Ukraynaya daha 40 milyon avro humanitar yardım ayıracaq

Almaniya qışdan əvvəl Ukraynaya əlavə 40 milyon avro ayıracaq.
Operativ Media-nın DPA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful Kanadaya səfəri zamanı bildirib.
Vəsaitlər istilik sistemlərinin təmiri, zədələnmiş binaların bərpası, enerji bloklarının təchizatı, həmçinin yorğan-döşək və gigiyena vasitələri ilə təmin olunması üçün istifadə olunacaq. “Biz mənzillərin isti və yaxşı işıqlandırılmasına kömək edirik”, – alman nazir deyib.
DPA-nın qeyd etdiyi kimi, Almaniya Xarici İşlər Nazirliyində büdcənin kəsilməsi səbəbindən bu il Ukraynaya humanitar yardım əhəmiyyətli dərəcədə azalıb. 2024-cü ildə yardım 400 milyon avrodan çox idi, lakin 2025-ci ildə onun həcmi bu məbləğin yarısından az olacaq.