Menyu

NATO Baş katibi Türkiyəyə başsağlığı verib

Operativ Media
NATO Baş katibi Türkiyəyə başsağlığı verib

NATO Baş katibi Mark Rütte Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı Türkiyəyə başsağlığı verib.

Operativ Media  xəbər verir ki, bu barədə Alyansın "X" hesabında paylaşım edilib.

"Müttəfiqimiz Türkiyəyə və bu gün baş verən faciəli qəzada həlak olanların hamısının yaxınlarına dərin hüznlə başsağlığı veririk. Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrinə, xüsusilə də Alyansdakı bütün hərbi geyimli kişilərimizə və qadınlarımıza- hər gün təhlükəsizliyimizi təmin etmək üçün etdiklərinə görə dərin minnətdarlığımızı bildiririk", - paylaşımda qeyd olunub.

Qeyd edək ki, Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər