Menyu

Maduro Venesuelanın hərtərəfli müdafiəsi haqqında qanunu təsdiqləyib

Operativ Media
Maduro Venesuelanın hərtərəfli müdafiəsi haqqında qanunu təsdiqləyib

Venesuela Prezidenti Nikolas Maduro parlament tərəfindən qəbul edilən “Hərtərəfli Milli Müdafiə Komandanlığı haqqında” qanunu imzalayıb.

Operativ Media xəbər verir ki, Maduro bu haqda "Venezolana de Televisión" kanalına açıqlamasında deyib.

“Qanuna əsasən, ölkə Konstitusiyasına uyğun olaraq, milli səviyyədə, hər bir ştat səviyyəsində və respublikanın 335 bələdiyyəsində Hərtərəfli Milli Müdafiə Komandanlığı yaradılır”, – deyə o, bildirib.

Prezident qeyd edib ki, bütün səviyyələrdə fəaliyyət göstərəcək komandanlıqlara “Milli Bolivar Silahlı Qüvvələrini istənilən şəraitdə fəaliyyətə hazırlamaq” tapşırılıb. O, vurğulayıb ki, qanun imzalandıqdan sonra ölkənin bütün ərazilərində hərtərəfli müdafiə komandanlıqları formalaşdırılmalı və fəaliyyətə başlamalıdır.

Maduro əlavə edib ki, müdafiə doktrinasının hazırlanması zamanı sülhün qorunmasına və xalqın hərtərəfli inkişafına yönəlmiş, respublikanın müxtəlif mübarizə formalarını əhatə edən hərtərəfli müdafiə konsepsiyası formalaşdırılıb. Dövlət başçısı vurğulayıb ki, Venesuela xalqı “öz konstitusiya hüquqlarını təmin etmək üçün hərtərəfli müdafiə konsepsiyasını qəbul etməlidir”.

Əlaqəli Xəbərlər