Vuçiç: Avropa Rusiya ilə müharibəyə hazırlaşır

Serbiya Prezidenti Aleksandar Vuçiç Avropa ölkələrinin Rusiya ilə mümkün hərbi münaqişəyə hazırlaşdığını hesab edir.
Operativ Media xəbər verir ki, Vuçiç bu fikri bazar ertəsi "Pink TV"yə müsahibəsində Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Fabien Mandonun Fransa ordusunun üç-dörd ildən sonra Rusiya ilə toqquşmaya hazır olması barədə bəyanatını şərh edərkən səsləndirib.
“Faktları təhlil etdikcə, Avropa ilə Rusiya arasında müharibə ehtimalı getdikcə daha real görünür. Bu, əsassız xəbər deyil. Hamı buna hazırlaşır”, – deyə Vuçiç bildirib.
O, həmçinin qeyd edib ki, Serbiya Qərb ölkələri və Rusiyanın qarşılıqlı maraqları fonunda “daşla sərt yer arasında” qalıb. Prezidentin sözlərinə görə, Serbiya özünü müdafiə etmək üçün ordusunu gücləndirməyə davam etməlidir.
“Biz ordumuzu möhkəmləndirməkdə davam etməliyik. Özümüzü ağıllı şəkildə silahlandırırıq və ölkəmizi qorumaq üçün böyük sərmayələr qoymağa davam etməliyik”, – Vuçiç vurğulayıb.