Menyu

Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb

Operativ Media
Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb

Yaponiya Ukraynadakı vəziyyətlə bağlı sülhün bərqərar olmasına təsir göstərə biləcək addımları və milli maraqlarını nəzərə alaraq hərəkət edəcək.

Operativ Media xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara, ölkəsinin Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən bildirib.

“Hökumət Ukraynada ədalətli və davamlı sülhün təmin olunması üçün nəyin effektiv olduğunu, həmçinin Yaponiyanın milli maraqları baxımından nəyin zəruri sayıldığını hərtərəfli qiymətləndirərək buna uyğun addımlar atacaq. Eyni zamanda, biz beynəlxalq ictimaiyyət, xüsusilə də G7 ölkələri ilə sıx əməkdaşlığı davam etdirəcəyik”, – deyə Kihara qeyd edib.

Bir neçə KİV-in xəbərinə görə, Böyük Britaniyanın Rusiyanın LNG daşınması üzrə sığorta xidmətlərinə qoymağı planlaşdırdığı potensial qadağanın "Saxalin-2" layihəsinə təsiri barədə danışan Kihara bildirib ki, Tokio bu məlumatlardan xəbərdardır, lakin belə xəbərlərin hər birini şərh etməkdən çəkinir. Qeyd edək ki, Yaponiyanın “Mitsui” və “Mitsubishi” şirkətləri "Saxalin-2" layihəsində pay sahibidirlər. Dünyanın ən böyük LNG idxalçısı olan Yaponiya, ümumi LNG alışının təxminən 9 faizini məhz bu layihə hesabına təmin edir.

Yaponiya mətbuatının yazdığına görə, ölkənin baş naziri Sanae Takaiçi ABŞ prezidenti Donald Trampla son danışıqları zamanı Tokionun Rusiyadan LNG tədarükündən imtina edə bilməyəcəyini bildirib və bu məsələdə anlayış göstərilməsini xahiş edib. ABŞ-nin maliyyə naziri Skott Bessent isə daha əvvəl bəyan etmişdi ki, Vaşinqton Yaponiyanın Rusiyanın enerji resurslarının idxalından imtina edəcəyini gözləyir.

Xatırladaq ki, Yaponiya hökuməti Ukraynada hərbi əməliyyatların başlanmasından sonra Rusiyaya qarşı bir neçə dəfə sanksiyalar tətbiq edib. Rusiyanın Yaponiyadakı səfiri Nikolay Nozdrevin sözlərinə görə, Tokio əsas qonşularından biri ilə münasibətləri faktiki olaraq pozdu və qərara aldı ki, Qərbin başladığı “anti-Rusiya kampaniyasına fürsətçi şəkildə qoşulmağın” xərcləri onun mümkün faydalarından daha çoxdur.

Əlaqəli Xəbərlər