Menyu

Qəzaya uğrayan hərbi təyyarənin qara qutusu Türkiyəyə gətirilib

Operativ Media
Qəzaya uğrayan hərbi təyyarənin qara qutusu Türkiyəyə gətirilib

Noyabrın 11-də Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsinin qara qutusu bu ölkəyə gətirilib.

Operativ Media bu barədə "Yeni Şafak" qəzetinə istinadən xəbər verir.

Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarədəki heyətin bütün üzvləri həlak olub.

Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib.

Bundan başqa, Gürcüstanda mümkün aviasiya təhlükəsizliyi pozuntusu ilə bağlı cinayət işi başlanıb. İşlər Türkiyə və Azərbaycanın birbaşa dəstəyi ilə koordinasiyalı şəkildə həyata keçirilir.

Əlaqəli Xəbərlər