Menyu

ABŞ Nümayəndələr Palatası hökumətin fəaliyyətinin bərpası barədə qanun layihəsini qəbul edib

Operativ Media
ABŞ Nümayəndələr Palatası hökumətin fəaliyyətinin bərpası barədə qanun layihəsini qəbul edib
1 dəq oxu

ABŞ Nümayəndələr Palatası ölkə tarixinin ən uzun şatdaunundan sonra hökumətin 30 yanvar tarixinədək işini bərpa etmək haqqında qanun layihəsini dəstəkləyib.

Operativ Media-nın məlumatına görə, iclasın yayımını C-SPAN kanalı həyata keçirib.

Növbəti iki ay üçün nəzərdə tutulan büdcə layihəsini ABŞ Nümayəndələr Palatasının 222 üzvü dəstəkləyib. Qanunun qəbul edilməsi üçün sadə səs çoxluğu – 433 üzvdən 217 səs tələb olunurdu. Dörd üzvün iclasda iştirak etmədiyini nəzərə alaraq qanunun qəbul edilməsi üçün minimum səs sayı 215-ə endirilib. Layihəni yalnız 216 respublikaçı deyil, eyni zamanda, altı demokrat da dəstəkləyib.

Palatada keçirilən səsvermədən sonra sənəd ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanmalıdır.

"21:45-də (Bakı vaxtı ilə cümə axşamı saat 06:45) prezident Senatın H.R. 5371 saylı qanun layihəsinə etdiyi düzəlişi – Maliyyələşmənin davam etdirilməsi haqqında qanunu imzalayacaq", – deyə administrasiyanın açıqlamasında bildirilib.

Bundan əvvəl ABŞ Senatı da oxşar qərar qəbul etmişdi.

Əlaqəli Xəbərlər