Bişkekdə Qırğızıstan və İsveçrə siyasi məsləhətləşmələri keçirilib
Şəfa Hüseynli
Bişkekdə Qırğız Respublikasının Xarici İşlər Nazirliyi ilə İsveçrə Konfederasiyasının Federal Xarici İşlər Departamenti arasında siyasi məsləhətləşmələr keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qırğızıstan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Meder Abakirov, İsveçrə nümayəndə heyətinə isə dövlət katibinin müavini, Federal Xarici İşlər Departamentinin Avrasiya departamentinin direktoru Pyer-İv Fuks başçılıq edib.
Məsləhətləşmələr zamanı tərəflər Qırğızıstan-İsveçrə əməkdaşlığının ikitərəfli gündəliyini müzakirə edərək, ticarət-iqtisadi, investisiya və su-energetika sektorlarına diqqət yetiriblər.