Qazaxıstan Prezidenti Özbəkistana səfər edəcək
Şəfa Hüseynli
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev noyabrın 14-dən 16-dək Özbəkistanda dövlət səfərində olacaq.
Operativ Media xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.
Bildirilib ki, Özbəkistan və Qazaxıstan liderlərinin sədrliyi ilə yüksək səviyyəli danışıqların və Ali Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi nəzərdə tutulub.
Gündəliyin əsas mövzusu ticarət, sənaye əməkdaşlığı, nəqliyyat və logistika, enerji, kənd təsərrüfatı, su ehtiyatları, mədəni-humanitar layihələr kimi prioritet sahələrdə əməkdaşlığın dərinləşdirilməsidir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net