Rusiyada 60-dan çox yeni virus aşkar edilib
Operativ Media

Rusiyanın “Vektor” virusologiya mərkəzi ölkənin 50 regionundan toplanmış nümunələrin tədqiqi nəticəsində 60-dan artıq əvvəllər məlum olmayan virus müəyyən edib.
Operativ Media xəbər verir ki, mütəxəssislər virusların nə qədər sürətlə təkamül keçirdiyini və pandemiya xüsusiyyətlərinə malik yeni ştamların yaranıb-yaranmayacağını araşdıracaqlar.
“Bizim üçün yalnız mövcud virusları tapmaq deyil, həm də insan üçün patogen olanlarını müəyyənləşdirmək xüsusilə vacibdir,” – deyə mərkəzin baş direktoru Aleksandr Aqafonov bildirib.
O, həmçinin qeyd edib ki, dərmanların və yeni vaksinlərin hazırlanmasında süni intellektdən istifadə etmək vacib olacaq.