Türkiyəyə məxsus təyyarə qəza edib - YENİLƏNİB
Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus yanğınsöndürmə təyyarəsi qəzaya uğrayıb.
Operativ Media xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi məlumat yayıb.
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib ki, əlaqənin kəsildiyi yanğınsöndürmə təyyarəsinin qalıqları Xorvatiyanın Senj şəhəri yaxınlığında tapılıb. Qəza zamanı pilot həlak olub.
22:42
Türkiyəyə məxsus yanğınsöndürən təyyarə radarlardan itib.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi məlumat yayıb:
“Türkiyə Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus iki ədəd AT802 yanğınsöndürmə təyyarəsi texniki baxış üçün Xorvatiyanın Zaqreb şəhərinə gedərkən əlverişsiz hava şəraiti səbəbindən Reyka hava limanına yönəlib.
Təyyarələrdən biri təhlükəsiz eniş edib, lakin digəri ilə 18:25-də radio əlaqəsi kəsilib. İtkin düşən təyyarə və pilotun tapılması üçün Xorvatiya rəsmiləri ilə birgə axtarış-xilasetmə işlərinə başlanılıb” - deyə nazirlikdən bildirilib.