Azərbaycan millisi elit-raunda vəsiqəni təmin etdi

Əziz Əzizli
Azərbaycan  millisi elit-raunda vəsiqəni təmin etdi

Bu gün futzal üzrə DÇ-2024-ün əsas mərhələsi çərçivəsində Azərbaycan millisi növbəti oyununu keçirib.

"Operativ Media" xəbər verir ki, Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv Yunanıstan yığması ilə qarşılaşıb. Bakı İdman Sarayında keçirilmiş oyundan əvvəl AFFA-nın baş katibi Sərxan Hacıyev və Azərbaycan Futzal Federasiyanın prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov futzalçı karyerasını başa vuran Vitali Borisova milli komandanın formasını hədiyyə edib.

Yunanıstan millisi baş vermis qatar qəzasında dünyasını dəyişənlərin xatirəsinə ehtiram olaraq meydana qara sarğı ilə çıxmışdı. Afinadakı oyunla müqayisədə rəqibin heyətində 6 dəyişiklik edilmişdi.

Oyuna gəldikdə, fasiləyə qədər rəqib qapısından 3 cavabsız top keçirən futzalçılarımız ikinci hissədə rəqiblə eynisayda qol vursa da, meydanı 3 xalla tərk etməyi bacardı. Aktivindəki xalların sayını 9-a çatdıran komandamız elit-raunda vəsiqəni təmin etdi. Komandamız növbəti oyununu martın 7-də səfərdə Polşa yığmasına qarşı keçirəcək.

DÇ-2024-ün əsas mərhələsi

6-cı qrup

Azərbaycan - Yunanıstan - 5:2

Qollar: Eduardo Borges, 2:23, Seiti Ensi, 8:30 (ö/q), Rafael Vilela, 11:24, Felipinyo, 20:57, Amadeu, 31:20 // Seiti Ensi, 23:47, Marios Ntatis, 26:27

Digər xəbərlər