Pakistanda fabrikdə baş verən partlayış nəticəsində yeddi nəfər həlak olub
Operativ Media
Pakistanın Heydərabad şəhərində yerləşən pirotexniki maddələr istehsalı müəssisəsində baş verən partlayış nəticəsində azı yeddi nəfər həlak olub, bir o qədər insan isə yaralanıb.
Operativ Media xəbər verir ki, yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qeyd olunub ki, yanğınsöndürənlər alovlanmanı lokallaşdıra biliblər. Fabrik binasına ciddi ziyan dəyib.
Yerli hakimiyyət nümayəndələrinin sözlərinə görə, partlayış çay sahilində, tarlaların arasında tikilmiş gizli müəssisədə baş verib. Hadisənin səbəbləri ilə bağlı istintaq aparılır.