Ekvadorda 12 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Operativ Media
Ekvadorun mərkəzi hissəsində avtobusun qəzaya uğraması nəticəsində azı 12 nəfər həlak olub.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin Risklərin İdarə Edilməsi Departamenti məlumat yayıb.
Qurumun X sosial şəbəkəsindəki paylaşımında qeyd olunur ki, Simiatuq dairəsində avtomobilin aşması nəticəsində ilkin məlumata görə 12 nəfər ölüb, 10 nəfər yaralanıb.
“Expreso” qəzetinin məlumatına görə, avtobus yoldan çıxaraq dərin dərəyə yuvarlanıb. Qəzanın səbəbi hələ müəyyən edilməyib. Hadisə zamanı bölgədə yağışlı hava şəraiti hökm sürüb.