Menyu

Səudiyyə Ərəbistanında yol qəzasında 40-dan çox hindistanlı zəvvar həlak olub

Əziz Əzizli
Səudiyyə Ərəbistanında yol qəzasında 40-dan çox hindistanlı zəvvar həlak olub

Cənubi Asiyanın Telanqana əyalətindən olan azı 42 hindistanlı zəvvar Səudiyyə Ərəbistanında baş vermiş ağır yol qəzasında həlak olub.

Operativ Media xəbər verir ki, bu haqda “India Today” telekanalı məlumat yayıb.

Qəza noyabrın 17-də səhər tezdən Məkkədən Mədinəyə gedən avtobusun dizel yanacağı daşıyan nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində baş verib. İlkin məlumatlara görə, zərbə o qədər güclü olub ki, sərnişinlərin əksəriyyəti hadisə yerindəcə ölüb, bir neçə nəfər isə ağır yaralanıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, xilasetmə işləri aparılıb və yaralılara tibbi yardım göstərilib.

Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar həlak olanların ailələrinə başsağlığı verib və bildirib ki, Hindistanın Ər-Riyaddakı diplomatları və Ciddədəki Baş Konsulluğu qəzada yaralananlara və həlak olanların yaxınlarına hər cür dəstək göstərmək üçün çalışır.

Əlaqəli Xəbərlər