Zelenski Fransaya səfərində Rafale qırıcıları və SAMP/T sistemləri ilə bağlı müqavilə imzalaya bilər
Operativ Media
Paris və Kiyev Vladimir Zelenskinin bazar ertəsi Fransaya səfəri zamanı hava hücumundan müdafiə sistemləri, raketlər və döyüş təyyarələrinin tədarükü ilə bağlı müqavilələr imzalaya bilərlər.
Operativ Media xəbər verir ki, bu haqda "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Fransa Ukraynaya əlavə SAMP/T hava hücumundan müdafiə sistemləri və “Rafale” qırıcıları verə bilər. Mənbələr bildiriblər ki, bu sövdələşmələrin maliyyələşdirilmə mexanizmi hələlik məlum deyil.
Bundan əvvəl Fransanın “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippot Zelenski ətrafında yaranmış korrupsiya qalmaqalı fonunda prezident Emmanuel Makronun “Rafale” qırıcılarını Kiyevə ötürmək barədə mümkün qərarını qəbuledilməz adlandırıb.
Rusiya tərəfi isə dəfələrlə bildirib ki, Kiyev rejiminə silah tədarükü yalnız münaqişənin uzanmasına səbəb olur.