Mədinədə avtobus qəzası 45 zəvvarın ölümünə səbəb olub
Operativ Media
Səudiyyə Ərəbistanının Mədinə şəhəri yaxınlığında zəvvarları daşıyan avtobus yanacaq maşını ilə toqquşub.
Operativ Media xəbər verir ki, nəticədə 45 nəfər ölüb.
Qeyd olunur ki, faciə noyabrın 17-də səhər saatlarında, Məkkədən Mədinəyə gedən avtobusun dizel yanacağı daşıyan avtomobillə toqquşması nəticəsində baş verib.
İlkin məlumatlara görə, zərbə o qədər güclü olub ki, bir çox sərnişin hadisə yerində həlak olub, bir neçə nəfər isə ağır xəsarət alıb.
Hadisə yerinə təcili olaraq fövqəladə xidmətlərin əməkdaşları gəlib, xilasetmə işləri aparılıb, zərərçəkənlərə tibbi yardım göstərilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net