Menyu

Maduro ABŞ administrasiyası ilə dialoqa hazır olduğunu təsdiqləyib

Əziz Əzizli
Maduro ABŞ administrasiyası ilə dialoqa hazır olduğunu təsdiqləyib

ABŞ ilə münaqişənin kəskinləşməsi fonunda Venesuela prezidenti Nikolas Maduro Amerika administrasiyası ilə dialoqa hazır olduğunu təsdiqləyib.

Operativ Media xəbər verir ki, bu haqda prezident “Venezolana de Televisión” kanalının “Maduro Plus ilə” verilişində ABŞ prezidenti Donald Trampla mümkün danışıqlar barədə jurnalistin sualını cavablandırarkən bildirib.

“Yalnız diplomatiya və dialoq bizə qarşılıqlı maraq doğuran məsələlərdə qarşılıqlı anlaşmaya imkan verir”, – deyə o vurğulayıb.

Maduro xatırladıb ki, Venesuelanın mövqeyi 2025-ci il sentyabrın 6-da Trampa göndərilən məktubda öz əksini tapıb:

“Bu, həmin məktubda vurğulandığı kimi, beynəlxalq hüquqa ciddi riayət edilməsi və güc təhdidlərinin rədd olunması ilə bağlı dəyişməz, tarixi mövqedir. Kim Venesuela ilə danışmaq istəyirsə, bunu üzbəüz edir”, – deyə Maduro qeyd edib.

“Sülhün alternativi yoxdur”, – prezident vurğulayıb. “Dialoq – bəli; sülh – bəli; müharibə – yox”, – Maduro bəyan edərək bunun Venesuelanın sarsılmaz mövqeyi olduğunu bildirib.

Əlaqəli Xəbərlər