Menyu

Cənubi Koreya Şimali Koreyaya qarşı heç bir düşmən planının olmadığını bəyan edib

Operativ Media
Cənubi Koreya Şimali Koreyaya qarşı heç bir düşmən planının olmadığını bəyan edib
1 dəq oxu

Koreya Respublikası hökuməti KXDR-ə qarşı düşmənçilik hərəkətləri planlaşdırmır.

Operativ Media xəbər verir ki, bunu Cənubi Koreya liderinin ofisi bəyan edib.

Administrasiyanın sözçüsü Kang Yoo-junq deyib:

“Hökumətimizin Şimalla antaqonist qarşıdurmada iştirak etmək niyyəti yoxdur. Hökumət gərginliyi azaltmaq və Koreyalararası münasibətlərdə etimadı bərpa etmək üçün ardıcıl səylər göstərir”.

O əlavə edib ki, Koreya Respublikası təhlükəsizlik sahəsində ABŞ-ylə əməkdaşlıq edəcək, çünki bu, ölkənin maraqlarını qorumağa kömək edir.

“Biz Koreya Respublikası–ABŞ müttəfiqliyinin Koreya yarımadasında sülh və sabitliyə töhfə verməsini təmin etmək üçün bütün səylərimizi davam etdirməyi planlaşdırırıq”, – sözçü qeyd edib.

Əlaqəli Xəbərlər