Kobaxidze: Saakaşvilinin Ukraynaya ekstradisiya şansı yoxdur

Vətənində uzunmüddətli həbs cəzasına məhkum olunmuş, Gürcüstanın keçmiş prezidenti və Ukrayna vətəndaşı Mixail Saakaşvili heç bir halda Ukraynaya ekstradisiya edilməyəcək.
Operativ Media xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan eidb.
Ukrayna Prezident Aparatının müşaviri Mixaylo Podolyakın Saakaşvilinin Gürcüstan həbsxanasından azad edilməsinin Kiyevin gündəminə daxil olması barədə bəyanatını şərh edən baş nazir belə bir ehtimalı tamamilə istisna edib.
“Saakaşvilinin Ukraynaya ekstradisiya olunması üçün heç bir şans yoxdur. Podolyakın sözlərini ciddi qəbul etməyə dəyməz”, – Kobaxidze vurğulayıb.
O əlavə edib ki, Podolyak vaxtilə Gürcüstanı Rusiyaya qarşı “ikinci cəbhə” açmağa çağıran yüksək vəzifəli Ukrayna rəsmilərindən biri olub və indi Zelenskinin müşaviri Kiyevin Gürcüstan tərəfi ilə müharibəyə başlamaq təkliflərini rədd edir.
Bundan əvvəl Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Volodimir Zelenskidən onu mülki məhbuslar siyahısına daxil etməyi xahiş etmişdi.