Polşanın Baş Qərargah rəisi ölkəyə hücumun hazırlandığını bəyan edib
Operativ Media

Polşanın Baş Qərargah rəisi Vişlav Kukula bəyan edib ki, adı açıqlanmayan düşmən Polşa ərazisinə silahlı hücuma hazırlığa başlayıb.
Operativ Media xəbər verir ki, bu barədə "Rzeczpospolita" qəzeti məlumat yayıb.
“Düşmən müharibəyə hazırlaşmağa başlayıb. Burada elə bir mühit formalaşdırılır ki, bu da Polşa ərazisində potensial təcavüz üçün əlverişli şərait yaratmalıdır”, – Kukula bildirib.
Martın 27-də "Politico" nəşri yazıb ki, Polşa Müdafiə Nazirliyi müharibə vəziyyətində ölkəni müdafiəyə hazırlamağa başlayıb. “Proqramın ilk məqsədi ehtiyat qüvvələrin sayını və hazırlıq səviyyəsini artırmaqdır. İkinci məqsəd isə daha vacibdir: hər kəs hərbi təlim keçməsə belə, cəmiyyəti böhranın nəticələrinə hazırlamalıyıq”, – Kukula müsahibəsində qeyd edib.