ABŞ-nin neft şirkəti “Lukoyl”un səhmlərini almağı düşünür
Şəfa Hüseynli
ABŞ-nin neft şirkəti "Chevron" ABŞ sanksiyaları altında olan Rusiyanın “Lukoil” şirkətinin xaricdəki aktivlərini almağı düşünür.
Operativ Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, ABŞ “Lukoyl”un bütün aktivləri ilə deyil, “Chevron”la üst-üstə düşən layihələrlə maraqlanır. Hər iki şirkət Qazaxıstanın Qaraçaqanak və Tengiz yataqlarında neft hasil edir. Bundan əlavə, “Lukoyl” Nigeriyada “Chevron”un idarə etdiyi OML-140 şelf layihəsində də paya malikdir.