ABŞ futbol azarkeşləri üçün viza prosedurlarını sadələşdirir

Tramp administrasiyası futbol azarkeşlərinə ABŞ viza ərizələrinə baxılmasını sürətləndirməyə kömək edəcək FIFA Pass proqramını təqdim edib.
Operativ Media bu barədə "NBC News"a istinadən xəbər verir.
FIFA Pass proqramı FIFA vasitəsilə Dünya Kubokuna bilet alanlara müsahibə prosesini sürətləndirməyə və ABŞ turist vizası əldə etməyə imkan verəcək.
Bazar ertəsi Oval kabinetdə Trampla görüşərək yeni sistemi izah edən FIFA prezidenti Canni İnfantino bildirib: “Dünya Kuboku biletiniz varsa, prioritet viza üçün müraciət edə bilərsiniz”.
Dövlət katibi Marko Rubio qeyd edib ki, administrasiya vizaların verilməsini sürətləndirmək üçün dünya üzrə 400-dən çox əlavə konsulluq əməkdaşı göndərib və dünyanın təxminən 80 faiz ölkəsinin vətəndaşları 60 gün ərzində viza müsahibəsi təyinatı ala biləcəklər.
Gələn il Dünya Kuboku çərçivəsində Kanada, Meksika və ABŞ-da 104 oyun keçiriləcək. Tramp dünya çempionatına ev sahibliyini özünün əsas prioritetlərindən biri adlandırıb.