Menyu

Tramp Qəzza Sülh Şurasına sədrlik edəcək

Operativ Media
Tramp Qəzza Sülh Şurasına sədrlik edəcək

Donald Tramp bütün dünyanı BMT Təhlükəsizlik Şurasının ABŞ Prezidentinin sədrlik edəcəyi və dünyanın digər ən nüfuzlu liderlərinin iştirak edəcəyi Sülh Şurasının yaradılmasını təsdiqləməsi ilə bağlı inanılmaz qərarı münasibətilə təbrik edib.

Operativ Media xəbər verir ki, o, bu haqda "Truth Social" şəbəkə hesabında yazıb.

“Mən bütün dünyanı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının mənim sədrlik edəcəyim və dünyanın ən nüfuzlu, ən hörmətli liderlərinin daxil olacağı Sülh Şurasının yaradılmasını tanımaq və dəstəkləmək barədə qəbul etdiyi inanılmaz qərarla təbrik edirəm.”

Ağ Evin rəhbəri qeyd edib ki, “bu hadisə BMT tarixində ən böyük hadisələrdən biri kimi tarixə düşəcək, bütün dünyada sülhün möhkəmlənməsinə səbəb olacaq və həqiqətən də tarixi əhəmiyyətə malik bir məqama çevriləcək.”

O əlavə edib:

“BMT-yə və BMT-nin bütün üzv dövlətlərinə – Təhlükəsizlik Şurasına, Çinə, Rusiyaya, Fransaya, Böyük Britaniyaya, Əlcəzairə, Qayanaya, Yunanıstana, Danimarkaya, Cənubi Koreyaya, Pakistana, Panamaya, Sierra Leoneyə, Sloveniyaya və Somaliyə təşəkkür edirəm.”

ABŞ Prezidenti həmçinin Qətər, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı Krallığı, İndoneziya, Türkiyə və İordaniyanın güclü dəstəyinə görə təşəkkürünü bildirib.

Daha əvvəl məlumat verilmişdi ki, BMT Təhlükəsizlik Şurası Trampın Qəzza planını dəstəkləyən ABŞ qətnamə layihəsini qəbul edib.

Əlaqəli Xəbərlər