İsrail Beynəlxalq Cinayət Məhkəməsindən Netanyahunun həbsinə dair orderin ləğvini tələb edir
Əziz Əzizli
İsrail Beynəlxalq Cinayət Məhkəməsindən prokuror Kərim Xanın İsraillə bağlı məhkəmə proseslərindən kənarlaşdırılmasını və İsrailin baş naziri Binyamin Netanyahu ilə keçmiş müdafiə naziri Yoav Qalantın həbsi barədə orderlərin ləğv edilməsini xahiş edib.
Operativ Media xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyi bildirib ki, sorğu prokurorun şəxsi səbəblərə görə nalayiq davranması, İsrailə qarşı yalan və əsassız ittihamlar irəli sürməsi ilə bağlı məlumatlara cavab olaraq təqdim edilib.
Qeyd edilib ki, ötən ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Fələstin HƏMAS hərəkatının hərbi qanadının komandiri Məhəmməd əl-Deyfin həbsi üçün order verib. Məhkəmə həmçinin İsrailin baş naziri Binyamin Netanyahu və həmin dövrdə müdafiə naziri olan Yoav Qalant barəsində də həbs orderi çıxarıb.