Menyu

Gürcüstan 47 qanunsuz miqrantı deportasiya edib

Əziz Əzizli
Gürcüstan 47 qanunsuz miqrantı deportasiya edib

Son bir neçə gün ərzində Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları miqrasiya qanunlarını pozan 47 əcnəbini deportasiya edib.

Operativ Media xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Banqladeş, Misir, Hindistan, İran, İordaniya, Kamerun, Keniya, Çin, Konqo, Kuba, Nigeriya, Nepal, Pakistan, Rumıniya, Rusiya, Sudan, Türkiyə, Türkmənistan, Şri-Lanka və Efiopiya vətəndaşları Gürcüstandan deportasiya edilib. Onların ölkəyə girişi qadağan edilib.

Noyabrın əvvəlində Gürcüstan Daxili İşlər Nazirliyi oktyabr ayında ölkədən 121 qeyri-qanuni miqrantın deportasiya edildiyini bildirmişdi.

Qeyri-leqal miqrasiyaya qarşı mübarizəni gücləndirmək məqsədilə miqrasiya qanunvericiliyinə edilən dəyişikliklər oktyabrın 1-dən qüvvəyə minib. Dəyişikliklərə əsasən, Gürcüstanda qanunsuz qalan əcnəbilər 1000–3000 lari (təxminən 370–1100 dollar) məbləğində cərimələnəcək. Cərimənin məbləği onların ölkədə qanunsuz qalma müddətindən asılı olacaq. Cərimə ilə yanaşı, qeyri-qanuni miqrantın Gürcüstana girişinə də qadağa qoyulacaq.

Əlaqəli Xəbərlər