Maqdalena Qrono Ermənistan Baş nazirinin müavini ilə görüşüb
Operativ Media
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Tərəflər regional hadisələri, Cənubi Qafqaz regionunda kommunikasiyaların açılması mövzusunu müzakirə ediblər. Eyni zamanda sərhədin demarkasiyası prosesinin davam etdirilməsinin vacibliyini vurğulayıblar.