Rusiya və ABŞ yeni məhbus mübadiləsi imkanını müzakirə ediblər

Rusiya və ABŞ arasında mümkün yeni məhbus mübadiləsi ilə bağlı danışıqlar aparılıb.
Operativ Media xəbər verir ki, bunu Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri və Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Axiosa müsahibəsində deyib.
Nəşr qeyd edir ki, Rusiya həbsxanalarında azı səkkiz ABŞ vətəndaşı saxlanılır. Bu məhbusların vətənlərinə qaytarılması prezident Donald Tramp üçün əsas prioritet hesab olunur və belə bir mübadilə Kremlin onun administrasiyası ilə əlaqələr qurmaq səylərinə töhfə verə bilər.
Dmitriyev bildirib: “Mən bəzi amerikalı rəsmilər və Tramp komandasının üzvləri ilə humanitar məsələlərlə bağlı görüşdüm, məsələn, Amerika tərəfinin üzərində çalışdığı mümkün məhbus mübadiləsi.”
Mənbənin məlumatına görə, Dmitriyev bu ideyanı ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkof və administrasiyanın digər rəsmiləri ilə müzakirə edib. Rusiyalı siyasətçi müzakirələrin konstruktiv keçdiyini, lakin hələlik konkret razılığın əldə olunmadığını vurğulayıb.