Menyu

İran Hindistanla vizasız rejimi ləğv edib

Əziz Əzizli
İran Hindistanla vizasız rejimi ləğv edib

İran hökuməti noyabrın 22-dən etibarən Hindistanla vizasız gediş-gəlişi dayandırdığını elan edib.

Operativ Media xəbər verir ki, bu haqda "İndia Today" məlumat yayıb.

Hindistan vətəndaşları bundan sonra həm İrana səfər etmək, həm də tranzit keçmək üçün viza tələb edəcəklər.

Hindistan Xarici İşlər Nazirliyi bildirib ki, bu qərar Hindistan vətəndaşlarına qarşı cinayətlərin artması ilə əlaqədardır. Cinayətkarlar hindliləri iş vədləri ilə İrana cəlb edir, lakin onları qaçırıb fidyə tələb edirlər.

Bundan sonra bütün aviaşirkətlər İrana səfər edən sərnişinlərin, o cümlədən tranzit sərnişinlərin viza statusunu yoxlamalı olacaqlar.

Əlaqəli Xəbərlər