Menyu

BMT: 2026-cı ilə qədər 318 milyon insan kritik səviyyədə aclıqla üzləşə bilər

Əziz Əzizli
BMT: 2026-cı ilə qədər 318 milyon insan kritik səviyyədə aclıqla üzləşə bilər

2026-cı ilə qədər təxminən 318 milyon insan kəskin ərzaq çatışmazlığı ilə üzləşə bilər ki, bu da 2019-cu ildəki rəqəmdən iki dəfə çoxdur.

Operativ Media xəbər verir ki, bu haqda BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) hesabatında qeyd edilib.

"Bununla belə, dünya üzrə humanitar fəaliyyətlərə ayrılan maliyyənin azalması ÜƏP-i ehtiyacı olanların təxminən üçdə birinə ərzaq yardımına üstünlük verməyə məcbur edir. 2026-cı ilə qədər təşkilat 13 milyard dollara yaxın vəsait ayıraraq 110 milyon ən həssas insana çatmağı planlaşdırır. Mövcud maliyyələşdirmə proqnozları göstərir ki, ÜƏP bu məbləğin yalnız yarısını ala bilər".

BMT-nin Ümumdünya Ərzaq Proqramı qlobal ərzaq böhranının 2026-cı ilə qədər həll edilməyəcəyini proqnozlaşdırır, çünki münaqişə, ekstremal hava hadisələri və iqtisadi qeyri-sabitliyin növbəti ildə kəskin ərzaq təhlükəsizliyinə səbəb olacağı gözlənilir.

Əlaqəli Xəbərlər