Menyu

Bloomberg: Zelenski İspaniya şirkətləri ilə müdafiə sazişi imzalayacaq

Əziz Əzizli
Bloomberg: Zelenski İspaniya şirkətləri ilə müdafiə sazişi imzalayacaq

Vladimir Zelenski Madriddəki səfəri zamanı İspaniya şirkətləri ilə müdafiə sazişi imzalayacaq.

Operativ Media xəbər verir ki, bu haqda "Bloomberg" məlumat yayıb.

Zelenski müdafiə və texnologiya sahəsində fəaliyyət göstərən 13 şirkətin nümayəndələri, eləcə də İspaniyanın müdafiə naziri Marqarita Robleslə görüşəcək. Agentliyin məlumatına görə, görüşün məqsədi İspaniyanın müdafiə sənayesinin imkanlarını nümayiş etdirməkdir. Təmsil edilən şirkətlər arasında ölkənin ən böyük müdafiə podratçısı olan Indra Sistemas da yer alır.

Bundan əvvəl Krallığın xarici işlər naziri Xose Manuel Albares bildirmişdi ki, İspaniya hakimiyyəti Kiyevə ayrılan hərbi texnika üçün ötən ilki maliyyələşdirməni qorumağı və maliyyə yardımının həcmini ilin sonuna kimi 1 milyard avroya çatdırmağı planlaşdırır.

Çərşənbə axşamı Zelenski İspaniyanın paytaxtında ölkənin baş naziri Pedro Sançeslə görüşəcək.

Əlaqəli Xəbərlər