Menyu

Tusk: Dəmir yolunda təxribatı Rusiya kəşfiyyatına işləyən iki ukraynalı törədib

Operativ Media
Tusk: Dəmir yolunda təxribatı Rusiya kəşfiyyatına işləyən iki ukraynalı törədib

Polşanın Baş naziri Donald Tusk Seymdə bildirib ki, Rusiya kəşfiyyatı ilə əməkdaşlıq edən iki Ukrayna vətəndaşı dəmir yolunda son təxribata görə məsuliyyət daşıyır.

Operativ Media xəbər verir ki, bu barədə "RMF24" məlumat yayıb.

O əlavə edib ki, həmin şəxslər Polşadan Terespol sərhəd-keçid məntəqəsi vasitəsilə qaçıblar.

Donald Tusk bildirib ki, diversant kimi tanınan hər iki ukraynalı Belarusdan Polşaya gəlib. Onlardan biri may ayında Lvov məhkəməsi tərəfindən Ukraynada təxribat törətməkdə təqsirli bilinib.

Digəri isə Donbassdandır və əvvəllər prokurorluqda işləyib.

Əlaqəli Xəbərlər